Böyük Britaniyanın müdafiə naziri dünya ölkələrini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Böyük Britaniyanın müdafiə naziri dünya ölkələrini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb
# 08 oktyabr 2012 08:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Böyük Britaniyanın müdafiə naziri Filip Hammond dünya ölkələrini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, o, “The Observer” qəzetinə müsahibəsində bildirib ki, bu yolla İranın nüvə fəaliyyətlərinin qarşısını almaq olar.

F.Hammond deyib ki, İranın beynəlxalq bankçılıq sistemi ilə əlaqəsinin tamamilə kəsilməsi və yeni ticarət sanksiyalarının tətbiq edilməsi istiqamətində bir sıra görüşlər keçirilir. Onun sözlərinə görə, sanksiyalar Tehran küçələrində öz təsirini göstərərsə, İran mübahisəli nüvə proqramı ilə bağlı mövqeyini dəyişə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR