İki qohumunun qətlində təqsirləndirilən və 7 il axtarışda olan qadın məhkəmədə özünü təqsirli bilməyib

İki qohumunun qətlində təqsirləndirilən və 7 il axtarışda olan qadın məhkəmədə özünü təqsirli bilməyib
# 12 mart 2012 11:11 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində iki qohumunu qətlə yetirməkdə təqsirləndirilərək 7 il axtarışda olan Raina Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə çıxış edən R. Əhmədova özünü qətiyyən təqsirli bilmədiyini deyib. Proses martın 29-da davam etdiriləcək. Həmin gün müdafiə tərəfi çıxış edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilən R. Əhmədova həyat yoldaşı Nazim Acalovla birlikdə 2003-cü il aprelin 2-də 31 yaşlı Gürcüstan vətəndaşı Ramin Askarov və onun anası, 54 yaşlı Göyçək Askarovanı qətlə yetirərək yandırmaqda təqsirləndirilir. Araşdırmalar zamanı müəyyən edilib ki, Raina Əhmədova borclu olduğu pulu ödəmək istəməyib, bu səbəbdən də qohumu Ramin Askarovu öldürmək qərarına gəlib. O, Ramin Askarovu və anasını boğaraq qətlə yetirib, daha sonra isə izi itirmək üçün cəsədi əri ilə birlikdə yandırıb. Uzun müddət Türkiyədə gizlənən Raina Əhmədova Türkiyənin Samsun şəhərində yaxalanıb. O, 2010-cu il martın 18-də Türkiyədən Azərbaycana gətirilib.

Raina Əhmədovanın həyat yoldaşı Nazim Acalov 2009-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR