Cenevrə kantonu Milli Bankının baş icraçı direktoru: “Azərbaycan regionda mühüm rol oynayır”

Cenevrə kantonu Milli Bankının baş icraçı direktoru: “Azərbaycan regionda mühüm rol oynayır”
# 06 oktyabr 2012 08:42 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı R.Abdullayev Azərbaycanla İsveçrə arasında sıx əlaqələr yarandığını qeyd edib, ölkədə gedən iqtisadi inkişaf prosesləri haqqında ətraflı məlumat verib. Azərbaycanda Avropa dəyərlərinin, xüsusilə dini tolerantlığın geniş yayılması haqqında söz açan ARDNŞ prezidenti demokratik təsisatların inkişafı, müxtəlif dinlərə mənsub insanların bərabərhüquqlu fəaliyyəti üçün bütün imkanların yaradıldığını vurğulayıb.

Öz növbəsində B.Qotşin 200 ildən artıq tarixi və zəngin ənənələri olan bankın ARDNŞ-la əməkdaşlığını yüksək qiymətləndirib və qeyd edib ki, təmsil etdiyi bank dünyanın ən yaxşı şirkətləri ilə əməkdaşlığa can atır və bu mənada ARDNŞ-la əlaqələrindən qürur duyur: «Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda mühüm rol oynayır».
R. Abdullayev şirkətin son illərdə həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdən söz açıb, Azərbaycanın Avropada enerji təhlükəsizliyinin təminatında rolundan danışıb. İsveçrə ilə əməkdaşlıq məsələləri üzərində xüsusi dayanan R.Abdullayev Azərbaycana məxsus xam neft satışının əsas hissəsinin «SOCAR Trading» vasitəsilə İsveçrə üzərindən həyata keçirildiyini və ARDNŞ-ın bu ölkənin pərakəndə yanacaq satışı bazarına inamla daxil olduğunu vurğulayıb, qarşıdakı illərdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR