Azərbaycanın BƏƏ-dəki səfiri bu ölkənin iqtisadiyyat nazirinin müavini ilə görüşüb - FOTO

Azərbaycanın BƏƏ-dəki səfiri bu ölkənin iqtisadiyyat nazirinin müavini ilə görüşüb - <font color=red>FOTO</font>
# 05 aprel 2012 09:35 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəmanov BƏƏ iqtisadiyyat nazirinin müavini Mohamed Bin Abdul Aziz Al Shehhi və Dubay Ticarət və Sənaye Palatasının baş direktoru Hamad Buaminlə görüşüb.

Səfirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

Söhbət zamanı iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib və bu çərçivədə əməkdaşlığın davam etdirilməsi zərurəti hər iki tərəfdən ifadə edilib. İki ölkənin iş adamları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu və bu imkanlardan səmərəli istifadə edilməsi qeyd olunub.

Bildirilib ki, son illər ərzində ölkələrimizin iş adamları arasında mütəmadi olaraq Azərbaycan-BƏƏ biznes-forumları keçirilib, səmərəli və konstruktiv iş birlikləri yaradılıb. Bunun nəticəsi olaraq hazırda iki ölkə arasında ticarət dövriyyəsinin inkişaf dinamikası müşahidə olunur. Tərəflər son iki il ərzində artıq 4 biznes forumun keçirildiyini və hazırkı gündə bunun davam etdirilməsinə ehtiyac duyulduğunu vurğulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR