Dövlət Neft Şirkətinin tələbələr üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsinin nəticələri açıqlanıb

Dövlət Neft Şirkətinin tələbələr üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsinin nəticələri açıqlanıb
# 14 may 2012 13:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsinin - test imtahanının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 14-də keçirilən imtahanda iştirak üçün qeydiyyatdan keçən 1710 nəfərdən 226-sı imtahana gəlməyib. İmtahanda iştirak edən şəxslərin nəticələri ARDNŞ-a təqdim edilib. İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR