Azərbaycan kubokunun final oyunu “Dalğa Arena”da keçiriləcək

Azərbaycan kubokunun final oyunu “Dalğa Arena”da keçiriləcək
# 12 mart 2012 11:48 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan kubokunun final oyununun keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2011/12 mövsümündə kubokun qalibinin adına AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”dakı matçda aydınlıq gələcək. Həlledici qarşılaşma əvvəlcədən açıqlanan tarixdə - mayın 17-də keçiriləcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunun təmirə bağlanmasından sonra Azərbaycan milli komandaları da öz ev oyunlarını açılışı ötən il olan “Dalğa Arena”da keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR