Bakıda «Avropa İttifaqının «Gənclər fəaliyyətdə» Proqramında gənclər təşkilatlarının iştirak səviyyəsinin artırılması» mövzusunda seminar keçirilib

Bakıda «Avropa İttifaqının «Gənclər fəaliyyətdə» Proqramında gənclər təşkilatlarının iştirak səviyyəsinin artırılması» mövzusunda seminar keçirilib
# 15 may 2012 09:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Bakıda «Avropa İttifaqının «Gənclər fəaliyyətdə» Proqramında gənclər təşkilatlarının iştirak səviyyəsinin artırılması» mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, seminarda Gənclər və İdman Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Seminarda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycan Aİ üzvü olmasa da, 2007-ci ildən bu qurumun müxtəlif layihələrində iştirak edir. Azərbaycanın 40-dan çox gənclər təşkilatının iştirakı ilə 2007-ci ildən bu yana 120-dən çox layihə həyata keçirilib. 2011-ci ilədək Avropa Gənclər Fondundan ən çox layihəni Azərbaycan təşkilatları əldə edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Federiko Berna təmsil etdiyi qurumun gənclərlə bağlı layihələri barədə məlumat verib.

Daha sonra «Gənclər Fəaliyyətdə» proqramı barədə təqdimat keçirilib. Bu proqram çərçivəsində gənclər təşkilatlarının iştirak imkanları barədə təlim sessiyası təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR