Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,633 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,633 mln. nəfərə çatıb
# 25 iyun 2012 08:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyunun 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 633,0 min nəfər olub və onlardan 4 387,1 min nəfərini və ya 94,7%-ni iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin orta siyahı sayı 1 365,9 min nəfər təşkil edib.

«İyunun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38,2 min nəfər olub ki, onların 42,6%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 2 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği 207,4 manat olub», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR