Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,631 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,631 mln. nəfərə çatıb
# 26 aprel 2012 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il aprelin 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 630,5 min nəfər olub ki, onlardan 4 382,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin yanvar-fevral aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin orta siyahı sayı 1 362,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 844,5 min nəfər, qeyri-dövlət bölməsində isə 518,1 min nəfər təşkil edib: «Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1 326,2 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 322,7 min nəfər təşkil edib».

Eyni zamanda, 2012-ci il aprelin 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38,9 min nəfər olub, onların 42,8%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 3 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği 210 manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR