Serbiya XİN: “Dağlıq Qarabağda keçirilmiş “prezident seçkiləri” qeyri-legitimdir”

Serbiya XİN: “Dağlıq Qarabağda keçirilmiş “prezident seçkiləri” qeyri-legitimdir”
# 22 iyul 2012 08:36 (UTC +04:00)
Azərbaycanın Serbiyadakı səfriliyindən APA-ya daxil olan bəyanatda bildirilib ki, Serbiya XİN bir daha ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağla bağlı fəaliyyətini, münaqişənin həlli üçün apardığı işi və səylərini tam dəstəklədiyini ifadə edir və qarşılıqlı məqbul nəticə əldə etmək üçün iki tərəfi əlavə səylər göstərməyə çağırır:

“19 iyul 2012-ci ildə Dağlıq Qarabağda keçirilmiş “prezident seçkiləri” ilə bağlı Serbiya Respublikasının Xarici İşlər Nazirliyi hesab edir ki, bu seçkilər qeyri-legitimdir və BMT-yə üzv olan dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi beynəlxalq nizamın söykəndiyi əsas prinsipdir. Buna görə bu seçkilər regionun gələcək statusuna və münaqişənin sülh yolu ilə həllinə nail olunması məqsədilə aparılan danışıqlar prosesinə təsir göstərə bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR