Azərbaycanın maliyyə naziri BVF-nin ölkə üzrə missiyasının yeni rəhbərini qəbul edib

Azərbaycanın maliyyə naziri BVF-nin ölkə üzrə missiyasının yeni rəhbərini qəbul edib
# 08 noyabr 2012 11:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Raca əl Marzuqi və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycandakı son makroiqtisadi tendensiyalar və perspektivlər, qeyri-neft sektorunun inkişafı, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, Azərbaycanın da iştirak etdiyi regional və beynəlxalq layihələr, 2012-ci il dövlət büdcəsinin icrası və 2013-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri və digər məsələlər müzakirə olunub.
Nazir S.Şərifov Azərbaycanın BVF ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayaraq ölkədə həyata keçirilən iqtisadi inkişaf proqramlarına Fondun böyük töhfə verdiyini bildirib.
Azərbaycanda müşahidə olunan makroiqtisadi və maliyyə sabitliyi barədə danışan missiya rəhbəri Raca əl Marzuqi qeyri-neft gəlirlərinin artırılması, dövlət xərclərinin effektivliyinin yüksəldilməsi və özəl qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR