BP Azərbaycandakı quyular üzrə qrupa 10 yeni mütəxəssis təyin edib

BP Azərbaycandakı quyular üzrə qrupa 10 yeni mütəxəssis təyin edib
# 18 oktyabr 2012 16:47 (UTC +04:00)
Şirkətdən APA-Economics”ə verilən xəbərə görə, Cim Kaui (Jim Cowei) noyabrın 15-dən etibarən Azərbaycanda quyular üzrə vitse-prezident, Kreiq Viqqzin (Graig Wiggs) 2013-cü il yanvarın 1-dən etibarən terminal və boru kəmərləri əməliyyatları üzrə vitse-prezident təyin edilib.

Neft sənayesində 32 illik təcrübəyə malik Cim Kaui qazma və tamamlama əməliyyatları və mühəndisliyi üzrə ixtisaslaşmaqla rəhbər vəzifələrdə çalışıb. O, Bakıda quyular üzrə 300-dən çox mütəxəssisdən ibarət bir qrupa rəhbərlik edəcək. Bundan əlavə, Bakıdakı quyular üzrə qrupa 10 yeni mütəxəssis mühəndis qoşulacaq. Onlar BP-nin dünya üzrə (Alyaska, Şimali Amerika, Şimal dənizi, Anqola və Misir) biznesindən bir-bir seçiliblər.

Kreiq Viqqz isə neft sənayesində 30 ildən artıq təcrübəyə malikdir. O, ABŞ və digər beynəlxalq ölkələrdə qazma, tamamlama, quyulara müdaxilə və hasilat əməliyyatları da daxil olmaqla müxtəlif ixtisas sahələrini əhatə edən quru və dəniz əməliyyatları qruplarına rəhbərlik edib. Onun son iki vəzifəsi Trinidad və Tobaqoda BP-nin əməliyyatlar üzrə vitse-prezidenti və BP-nin şərqi dərinsulu Meksika körfəzi üzrə biznesində bölüm rəhbəri olub. K.Viqqz Səngəçal terminalı, həmçinin Azərbaycandan Türkiyə və Gürcüstana gedən bütün ixrac boru kəmərləri üzrə təhlükəsiz və səmərəli əməliyyatlara cavabdeh olacaq, Azərbaycanda 2000-dən çox işçidən ibarət böyük bir heyətə rəhbərlik edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR