İraqda futbol oyununda baş vermiş partlayış nəticəsində 9 nəfər həlak olub

İraqda futbol oyununda baş vermiş partlayış nəticəsində 9 nəfər həlak olub
# 26 iyun 2012 02:51 (UTC +04:00)
Bakı-APA. İraqın cənubunda yeniyetmə komandalar arasında futbol oyununda baş vermiş partlayış nəticəsində 9 nəfər həlak olub, 32 nəfər isə yaralanıb.
Partlayış əsasən şiələrin yaşadığı Babil əyalətinin inzibati mərkəzi olan Əl-Hilla şəhərində baş verib. Məlumata görə, stadionun yanında dayanmış minalanmış mikroavtobus hakimin final fitindən dərhal sonra partlayıb.
Terror aktına görə heç bir qruplaşma öz üzərinə məsuliyyəti götürməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR