Azərbaycanlı kinorejissor Tahir Əliyev Sloveniyanın Nova Qoriça şəhərində ikinci mükafatını alıb - FOTO

Azərbaycanlı kinorejissor Tahir Əliyev Sloveniyanın Nova Qoriça şəhərində ikinci mükafatını alıb - <font color=red>FOTO</font>
# 04 oktyabr 2012 09:12 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Sloveniyanın Nova Qoriça şəhərində “Salnamə” kinostudiyasının iki filminə baxış olub.

“Salnamə” kinostudiyasından APA-ya verilən məlumata görə, tədbir Azərbaycan Veteranlar Şurasının Sloveniya veteranları ilə görüşü ərəfəsində keçirilib. Kromberq muzeyində “IX korpus” və “Unudulmuş partizan” filmi göstərilib.

Qonaqlar arasında Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev, Nova Qoriça şəhərinin meri Matej Arçon, italiyalı tarixçi, professor Marina Rossi, “Sloveniya Azərbaycan” Dostluq Cəmiyyətinin sədri İvan Başin və Bakıdan gələn veteranlar iştirak ediblər. Hərbi tarixçi, professor Musa Bağırov, ehtiyatda olan polkovnik Rasim Muxtarov, veteran Zahiddin Abbasov tədbirə qatılanlar arasında olub. Tədbirin sonunda hər iki filmin rejissoru Tahir Əliyevə Nova Qoriça şəhərinin rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı təqdim olunub. Bu mükafat rejissorun Nova Qoriçada ikinci mükafatıdır. Filmlərin baxışından sonra qonaqlar ekran əsərindən razılıqlarını bildiriblər.

“IX korpus” filmi ikinci dünya müharibəsi illərində Sloveniya torpaqlarında alman faşistlərinə qarşı mübarizə aparmış azərbaycanlıların qəhrəmanlığından bəhs edir. “Unudulmuş partizan” filmi əfsanəvi partizan Mirdamət Seyidova həsr olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR