Azərbaycanda ünvanlı sosial yardımların ödənişi sistemində təkmilləşdirmələr aparılıb - FOTO

Azərbaycanda ünvanlı sosial yardımların ödənişi sistemində təkmilləşdirmələr aparılıb - <font color=red>FOTO</font>
# 26 iyul 2012 12:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımlarının mərkəzləşmiş qaydada ödənişi sisteminin yaradılması və plastik kartların hazırlanaraq vətəndaşlara verilməsi prosedurunun təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərin təqdimatı keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, yoxsul ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımlarının ödənişi sisteminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın artırılması əsas prioritetlərdən biridir. O, qeyd edib ki, artıq bununla bağlı ödənişlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə başlanıb. Ünvanlı dövlət sosial yardımlarının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılması üçün ilkin olaraq Sabunçu, Binəqədi, Masallı, Ucar, Cəlilabad və Səbail rayonları pilot rayonlar kimi seçilib. Yaxın vaxtlarda bu sistemin ölkənin digər rayon və şəhərlərində də tətbiqi nəzərdə tutulur. Eyni zamanda, nazirliklə əməkdaşlıq edən banklarla müqavilələrdə müvafiq dəyişikliklər edilib və yardımları alan vətəndaşlara plastik kartların şəxsiyyət vəsiqəsi əsasında banklar tərəfindən birbaşa verilməsinə nail olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR