Samux və Gədəbəydə yabanı şəkildə bitmiş 3650 çətənə kolu yığılaraq məhv edilib

Samux və Gədəbəydə yabanı şəkildə bitmiş 3650 çətənə kolu yığılaraq məhv edilib
# 10 avqust 2012 13:53 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Samux rayonunda külli miqdarda yabanı şəkildə bitmiş çətənə kolu məhv edilib. APA-nın Qərb bürosunun məlumatına görə, Samux rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 550 kiloqram olan 1720 ədəd çətənə kolunu yığaraq məhv ediblər.

Bundan başqa Gədəbəy rayonu ərazisində də yabanı halda bitmiş çətənə kolların aşkarlanaraq məhv edilməsi istiqamətində tədbirlər görülüb. Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 540 kiloqram olan 1930 ədəd çətənə kolu yığılaraq məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR