“Konstitusiya” Araşdırmalar Fondu 11 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib - FOTO

“Konstitusiya” Araşdırmalar Fondu 11 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib - <font color=red>FOTO</font>
# 10 avqust 2012 16:31 (UTC +04:00)
Bakı-APA. ATƏT-in Bakı Ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2012” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində monitorinq həyata keçirilib. APA-nın məlumatına görə, monitorinqi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, ekspert Elçin Salmanov və psixoloq Lamiyə Kərimova aparıb.

Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.

Monitorinq zamanı bir sıra kameralara baxış keçirilib, 13 məhkumla konfidensial görüş keçirilib. Qəbul edilən məhkumlardan biri İslam Partiyasının sədri Səmədov Mövsüm Mərdan oğlu olub. O, söhbət zamanı müəssisədəki şərait, məhkumlarla davranış səviyyəsindən narazı olmadığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR