Qusar Elektrik Şəbəkəsinin iki əməkdaşını cərəyan vurub, onlardan biri ölüb

Qusar Elektrik Şəbəkəsinin iki əməkdaşını cərəyan vurub, onlardan biri ölüb
# 24 avqust 2012 07:23 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Kuzun kəndi ərazisində yüksək gərginli elektrik xətlərində təmir işləri aparan Qusar Elektrik Şəbəkəsinin iki əməkdaşını cərəyan vurub. Qusar rayonunun Yuxarı Ləgər kənd sakini olan - 1974-cü il təvəllüdlü Mirzəəhməd Mirheybət oğlu Osmanov hadisə yerində dünyasını dəyişib. Rayonun Ləzə kənd sakini, Zahid Ramazan oğlu Əzizov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR