Azərbaycanın Xocavənd rayonunda 145 azərbaycanlı erməni vandalizminin qurbanı olub

Azərbaycanın Xocavənd rayonunda 145 azərbaycanlı erməni vandalizminin qurbanı olub
# 02 oktyabr 2012 14:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağl “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında tədbir keçirilib. Bu barədə APA-ya ictimai birliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistanın Azərbaycana təcavüzünün tarixindən danışıb. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov isə Xocavənd rayonunun 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini qeyd edib. O bildirib ki, işğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb. Dörd ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olub, 110 nəfər kənd əhalisi girov götürülüb və sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilib. Ümumilikdə isə münaqişə başlayandan Xocavənd rayonunda 145 azərbaycanlı ermənilərin törətdiyi vandalizmin qurbanı olub.

Tədbirdə İcmanın analitik-informasiya şöbəsinin müdiri Elçin Əhmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və digərləri çıxış ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR