Bakıda bir evdə partlayış olub

Bakıda bir evdə partlayış olub
# 04 may 2012 10:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evində partlayış olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı evdə qeydə alınıb. Baş verən partlayış nəticəsində evdə olan 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Yanğın hadisəsi və dağıntı qeydə alınmayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR