İranda 432 min 650 nəfər narkotik maddə aludəçisi var

İranda 432 min 650 nəfər narkotik maddə aludəçisi var
# 16 iyul 2012 15:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranda narkotik maddə aludəçilərinin müalicəsi üçün dövlət və özəl sektora aid 2351 müalicə mərkəzi fəaliyyət göstərir”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə İranın Narkotika ilə Mübarizə Mərkəzinin rəsmisi Abbasəli Nəsihi açıqlama verib.

O bildirib ki, 432 min 650 nəfərin müalicə olunduğu mərkəzlərindən 189-u dövlətə, 2162-si isə özəl sektora aiddir: “ İranda hazırda 47 min 233 narkotik maddə aludəçisi dövlət mərkəzlərində, 385 min 417 nəfər isə özəl sektora aid müəssisələrdə müalicə olunur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR