Suriya baş nazirinin müavini İrana gedib
26 iyul 2012 12:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Suriya baş nazirinin müavini Ömər Qalavanci İranda səfərdədir. APA-nın İRİB-ə istinadən məlumatına görə, səfər çərçivəsində Ö. Qalavanci İran parlamentinin sədri Əli Laricani ilə görüşüb.
Suriya baş nazirinin müavini İrana ölkəsində yaşanan hadisələrlə bağlı sərgilədiyi mövqeyə görə minnətdarlığını bildirib: “Xarici qüvvələr Suriyadakı terror aktlarını artıraraq ölkədəki böhranı dərinləşdirmək siyasəti aparırlar. ABŞ rəhbərliyindəki düşmənlər bölgədəki bəzi ölkələrin köməyi ilə bölgədə İsrailə qarşı müqavimət gücünü zəiflətmək məqsədi güdürlər. Lakin Suriya xalqı və rəsmiləri bu sui-qəsd və siyasəti təsirsiz hala gətirəcək”.
Ə. Laricani isə rəsmi Dəməşqin İranın dostu olduğunu deyərək Suriya xalqı və hökumətini xarici sui-qəsdlər qarşısında dəstəklədiyini bildirib: “Qərb ölkələri bölgədəki bəzi dövlətlərin köməyi ilə Suriya əleyhinə əsassız və yalan təbliğatlarla təzyiq siyasəti yürüdürlər”.

Asiya
Cənubi Koreya ABŞ-nin rəhbərlik etdiyi kiber təlimlərdə iştirak edəcək
08:35
5 may 2024
KİV: İsrail-HƏMAS atəşkəs danışıqları uğursuzluqla nəticələnib
06:25
5 may 2024
İsrail və HƏMAS bir neçə gün sonra atəşkəs barədə razılığa gələ bilər
02:47
5 may 2024
İsrail ordusu “İslami Cihad” təşkilatının komandirinin öldürüldüyünü açıqlayıb
01:53
5 may 2024