Azərbaycan prezidenti Qəbələdə yeni tikilən bəzi obyektlərə baş çəkib - FOTOSESSİYA

Azərbaycan prezidenti Qəbələdə yeni tikilən bəzi obyektlərə baş çəkib - <font color=red>FOTOSESSİYA</font>
# 10 sentyabr 2012 15:48 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Mədəniyyət Evinin tikintisini və tam hazır olduqdan sonrakı görünüşünü əks etdirən stendlərə, eləcə də binanın maketinə baxıb, sonra teatr-konsert zalında olub. Görülən işlərlə tanış olan prezident müvafiq tapşırıq və tövsiyələrini verib.

Daha sonra dövlət başçısı Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub. Prezident mərkəzin planını və gələcək görünüşünü əks etdirən stendlərə baxıb.

Qeyd edilib ki, ümumi sahəsi 10 min 200 kvadratmetr olan mərkəzin gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Mərkəzdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Prezident tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.

Azərbaycan prezidenti Qəbələ şəhər məscidinin yeni binasının tikintisində son tamamlama işləri ilə də tanış olub. Dövlət başçısı məscidin tikintisinin tam başa çatmasından sonrakı görüntülərini əks etdirən fotostendə baxıb. Məlumat verilib ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşüb, məscidin yeni binasının tikintisinə 2011-ci ilin martında başlanılıb, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılıb. Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılıb. Minarənin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özül-bərkitmə işləri aparılıb. Hazırda binanın daxilində işlər yekunlaşmaq üzrədir.

Məscidin ərazisindəki məişət binasında da son tamamlama işləri görülür. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar fəaliyyət göstərəcək.

Azərbaycan prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.

Dövlət başçısı daha sonra Qəbələdə Karvansaray otel kompleksinin tikintisinin gedişi ilə tanış olub. Məlumat verilib ki, ümumi sahəsi 19 min 700 kvadratmetr olan kompleksdə 450 nəfərlik restoran, trenajor, fitnes zalları fəaliyyət göstərəcək. Burada, həmçinin hovuz, fəvvarələr kompleksi, avtomobil dayanacağı da yaradılacaq. Bir hissəsi üç, digər hissəsi isə dörd mərtəbədən ibarət olacaq kompleksin tikintisinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur.

Prezident müvafiq tapşırıq və tövsiyələrini verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR