Yunis Hüseynov “Xəzər Lənkəran” klubunun baş məşqçisi postundan istefa verib

Yunis Hüseynov “Xəzər Lənkəran” klubunun baş məşqçisi postundan istefa verib
# 20 sentyabr 2012 16:31 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, o, bu qərarını Premyer Liqanın IV turunun “Simurq”la təxirə salınmış oyunundan sonra açıqlayıb.

Qarşılaşmada 0:2 hesabı ilə uduzan cənub təmsilçisinin çalışdırıcısı bunu belə izah edib: “Bu görüşdə futbolçularımız çox pis oynadı. Hətta deyərdim ki, çox bərbad oynadılar. Tapşırıqlarım yerinə yetirilmədi. Belə məsələlərə həssas yanaşan adamam. Bu üzdən istefa verirəm. Ərizəmi yazıb, rəhbərliyə təqdim edəcəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR