Şirvan sakini polisə müqavimət göstərərək ona ağır kəllə-beyin travması yetirib

Şirvan sakini polisə müqavimət göstərərək ona ağır kəllə-beyin travması yetirib
# 07 may 2012 19:13 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan sakini polisə müqavimət göstərərək ona ağır kəllə-beyin travması yetirib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər polis şöbəsinin müstəntiqi Elnur Cəfərov məlumat verib. Müstəntiqin bildirdiyinə görə, Şirvan şəhər sakini Etibar Həbibov, dostları Namiq Həziyev və Ramil Hüseynovla birlikdə idarə etdiyi avtomobillə avtoxuliqanlıq edərkən, həmin ərazidə xidmət aparan polis əməkdaşları Teymur Həsənov və Əkbər Cəfərov onlara yaxınlaşaraq hərəkətlərinə son qoymağı tələb ediblər. Lakin polisin tələblərinə əhəmiyyət verməyən sürücü Etibar Həbibov polis əməkdaşlarına müqavimət göstərərək polis əməkdaşlarından Teymur Həsənovu vuraraq ona ağır kəllə-beyin travması yetirib. Teymur Həsənov əvvəlcə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, daha sonra vəziyyəti ağır olduğundan paytaxt Bakı şəhərinə aparılıb.

Daha sonra həmin sürücü idarə etdiyi avtomaşını hasara çırparaq hadisə yerindən qaçıb.
Hadisə 6 may, axşam saatlarında, Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsində baş verib. Hər üş şəxs saxlanılıb.
Faktla bağlı Şirvan polisində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR