Qubada baş verən yol qəzasında bir nəfər ölüb

Qubada baş verən yol qəzasında bir nəfər ölüb
# 16 iyun 2012 16:54 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Bakı – Quba - Rusiya Federasiyası dövlət avtomobil yolunun 163-cü km-də, Quba rayonunun Nərimanabad kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, Quba rayon sakini Əbil Talıbovun idarə etdiyi 90 CS 951 dövlət nömrə nişanlı “KİA Rio” markalı avtomobil təmirlə əlaqədar yolun kənarına tökülən qum topasına çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Lerik rayon Siyov kənd sakini, 54 yaşlı Xanlar Bayramov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Bakı şəhəri Maştağa qəsəbə sakini, 34 yaşlı Fərman Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR