Belarus MSK seçkilərin nəticələrini təsdiqləyib

Belarus MSK seçkilərin nəticələrini təsdiqləyib
# 28 sentyabr 2012 11:19 (UTC +04:00)
Bakı-APA. Belarus Mərkəzi Seçki Komissiyası parlamentin aşağı palatasına seçkilərin nəticələrini təsdiqləyib. APA-nın məlumatına görə, MSK 109 deputatın hamısını qeydə alıb. MSK rəhbərliyi seçkilərlə bağlı quruma 150 şikayətin daxil olduğunu deyib. Şikayətlərdən biri seçki dairəsində səslərin yenidən sayılması ilə bağlıdır. MSK bu şikayətə baxmaqdan imtina edib. Bundan başqa seçkilərin nəticələrinin qanunsuz sayılması ilə bağlı 27 şikayət daxil olub ki, onlardan 6 şikayət araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR