“APA Group” saytlara edilən haker hücumları ilə bağlı Azərbaycan milli təhlükəsizlik nazirinə müraciət edib
06 sentyabr 2012 11:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, müraciətdə artıq bir neçə həftədir ki, “APA Group”a daxil olan qurumların saytlarına (www.apa.az, www.lent.az, www.kulis.az, www.vesti.az, www.apasport.az) güclü və davamlı hücumlar edildiyi qeyd olunub: “1 sentyabr 2012-ci ildən başlayaraq, holdinqimizə daxil olan www.apa.az və www.vesti.az saytlarına güclü haker hücumu olub. Hücum nəticəsində sentyabrın 5-dək saytların fəaliyyətində fasilələr yaranıb, müştərilərimiz qarşısındakı öhdəliklərimizi bizdən asılı olmayan səbəbdən yerinə yetirə bilməmişik, şirkətimizə ciddi maddi və mənəvi zərər dəyib.
Sentyabrın 5-də isə APA-ya məxsus www.apa.az saytına 94.20.74.4 saylı ip-dən davamlı hücumlar gəlib və bir saat ərzində saytın fəaliyyətində fasilələr yaranıb”.
Müraciətdə həmçinin ölkədə fəaliyyət göstərən saytlardan birinə edilən hücumlar zamanı bu saytın DNS-nin server administratorları tərəfindən bilərəkdən www.apa.az saytına yönləndirildiyi, yalnız sayt rəhbərliyi ilə aparılan danışıqlardan sonra məsələnin həllini tapdığı da qeyd olunub.
Müraciətə hər iki hücum və yönləndirilmə ilə bağlı faktlar və fotoşəkillər də əlavə olunub.
“APA Group”un baş direktoru qeyd edib ki, müraciətində saytlara edilən hücumların araşdırılması, hücum səbəbi və sifarişçilərin tapılmasını xahiş edib.
Vüsalə Mahirqızı son aylar ərzində bu cür hücumlara məruz qalmış bütün sayt rəhbərlərini də müvafiq orqanlara müraciət etməyə və faktların araşdırılmasında maraqlı olmağa çağırıb.

Media
Qazaxın işğaldan azad olan 4 kəndinə media nümayəndələrinin səfəri başlayıb
12:41
28 may 2024
MEDİA onlayn media subyektləri üçün müsabiqə elan edib
12:44
24 may 2024
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
16:59
23 may 2024
Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır
14:34
22 may 2024