Bakıda intihar hadisələri baş verib

Bakıda intihar hadisələri baş verib
# 23 oktyabr 2012 07:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda bir gündə iki nəfər intihar edib. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Keşlə qəsəbə sakini, 1996-cı il təvəllüdlü Nigar Rauf qızı Hacıyeva özünü asaraq intihar edib. N. Hacıyevanın özünə qəsd etməsinin səbəbləri məlum deyil. Onun orta məktəb şagirdi olduğu bildirilir.

Daha bir hadisə isə Yasamal rayonu 8-ci keçid, mənzil 28 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1964-cü il təvəllüdlü Elşad Qurban oğlu Mirzəyev özünü asıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR