Azərbaycanda özəl sektorun korporativ istiqrazlarının təkrar bazarı kəskin artıb

Azərbaycanda özəl sektorun korporativ istiqrazlarının təkrar bazarı kəskin artıb
# 10 avqust 2012 14:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda özəl sektor şirkətləri tərəfindən korporativ istiqrazların yerləşdirilməsində geriləmə müşahidə olunsa da, bu istiqrazların təkrar bazarı əhəmiyyətli dərəcədə artım nümayiş etdirib. «APA-Economics»in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən 2012-ci ilin ilk yarısı üzrə dərc olunmuş fəaliyyət hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, cari ilin ilk altı ayı ərzində özəl sektor şirkətləri tərəfindən yerləşdirilmiş istiqrazların həcmi 18,8 mln. manat, təkrar bazarı isə 54,2 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq göstəricisindən 10,3 dəfə çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın fond bazarında korporativ qiymətli kağızlar bazarı 42% azalaraq 146,6 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR