Bişkekdə türkdilli dövlətlərin xarici işlər nazirlərinin görüşü olub-FOTO

Bişkekdə türkdilli dövlətlərin xarici işlər nazirlərinin görüşü olub-<font color=red>FOTO </font>
# 22 avqust 2012 21:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

İclasda qurumun simvolu da təqdim olunub. Simvol Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızstanın bayraqlarındakı cizgiləri özündə əks etdirib.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında qurumun tarxindən danışıb, 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşünü xatırladıb.

X. Xələfov Şuraya üzv dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində də fəaliyyətlərini əlaqələndirdiklərini qeyd edib.

O, Azərbaycanın BMT Təhlüksizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin həm də TDƏŞ ölkələrinin qələbəsi olduğunu bildirib.
Azərbaycanın bölgənin enerji təhlükəsizliyindəki rolundan danışan diplomat Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri, TANAR-ın Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilməsi haqqında da məlumat verib.

Nazir müavini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat verib, bu məsələdə ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib.
Qeyd edək ki, TDƏŞ-ə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan üzvdür. Xarici işlər nazirlərinin toplantısında Türkiyənin XİN başçısı Əhməd Davudoğlu, Qazaxıstanın xarici siyasət idarəsinin rəhbəri Erjan Kazıxanov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, həmçinin TDƏŞ-nın baş katibi Xəlil Akınçı və TürkPA-nın baş katibi Ramil Həsənov da iştirak ediblər.

Bu gün isə TDƏŞ-in ikinci sammiti keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR