Kür çayında suyun səviyyəsi azalır

Kür çayında suyun səviyyəsi azalır
# 27 mart 2012 10:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətinə dair verdiyi məlumatda bildirilir. Məlumata əsasən, hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 56, Şirvanda 36, Bankədə 26, Salyanda 35, Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr azalıb. Surra məntəqəsində suyun səviyyəsi 664, Şirvanda 577, Salyanda 510, Bankədə 345, Araz çayının Novruzlu məntəqəsində isə 410 santimetr təşkil edir.

Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 100-220, Kiçik Qafqazın çaylarında 95-100, Lənkəran-Astara bölgəsi çaylarında 65-105, Naxçıvan Muxtar Respublikası çaylarında isə normanın 30-35 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 163 kubmetr/saniyə, ongünlük normanın 53 faizinə bərabərdir. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 95,0 kubmetr/saniyə olmaqla, ongünlük normanın 85 faizini təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR