Göyçay-Ucar yolunda baş verən yol qəzasında beş nəfər ağır xəsarət alıb

Göyçay-Ucar yolunda baş verən yol qəzasında beş nəfər ağır xəsarət alıb
# 21 iyun 2012 12:16 (UTC +04:00)
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 13:30 radələrində yolun 2-ci kilometrliyində qeydə alınıb. Göyçay sakini, 1934-cü il təvəllüdlü Qəzənfər Əhmədovun idarə etdiyi 23-BC-120 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn 10 JR 341 dövlət nömrə nişanlı, “KaMAz” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik maşının sürücüsü, eləcə də 57 yaşlı Qənimət Zülfüqarova, 29 yaşlı Pərvanə Zülfüqarova, 3 yaşlı Fərid Əliyev və 4 yaşlı Səid Əliyev ağır dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan 4-nün bir ailənin üzvləri olduğu bildirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR