Azərbaycan və Qırğızıstan xarici işlər nazirləri arasında görüş keçirilib - FOTO

Azərbaycan və Qırğızıstan xarici işlər nazirləri arasında görüş keçirilib - <font color=red>FOTO</font>
# 15 oktyabr 2012 11:05 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdildayev ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Elmar Məmmədyarov qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirib, Azərbaycan və Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini qeyd edib. Nazir həmçinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayıb.

E.Abdildayev ölkəmizə səfər etməkdən məmnun olduğunu deyərək, Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib. O, ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu və ölkələrimiz arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüş zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR