Azərbaycanda bu il neft hasilatı 45-47 mln. ton olacaq

Azərbaycanda bu il neft hasilatı 45-47 mln. ton olacaq
# 27 sentyabr 2012 09:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda qaz hasilatının 27 mlrd. kubmetrdən çox, neft hasilatının isə 45-47 mln. ton olacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Sənaye və Energetika Nazirliyinin Aparat rəhbəri Rasim Məmmədov bildirib.

R.Məmmədov qeyd edib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində neft hasilatının pik səviyyəsi 2011-ci ilə təsadüf edib və həmin il Azərbaycanda ümumilikdə 51 mln. ton neft hasil olunub. «Hazırda isə bu sahədə hasilatın azalması nəzərdə tutulandır. Belə ki, əsas məqsəd neft hasilatını stabil saxlamaqdır. «Çıraq» layihəsi neft hasilatını stabil saxlamağa imkan yaradacaq», - deyə Nazirlik rəsmisi vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR