Türkiyə İran qazını Şimali Avropaya nəql edəcək
17 sentyabr 2012 09:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran təbii qazı Türkiyə ərazisindən keçməklə Şimali Avropaya nəql ediləcək.
APA-nın “Press TV”yə istinadən məlumatına görə, bununla bağlı İran, Türkmənistan və Türkiyə rəsmiləri arasında Ankarada aparılan danışıqlar zamanı razılaşma əldə olunub. Ancaq müqavilədə İranın Avropaya ixrac edəcəyi təbii qazın həcmi açıqlanmayıb.
Qeyd edək ki, hazırda İran Avropaya təbii qaz ixracını nəzərdə tutan yeni bir boru xətti layihəsi üzərində çalışır. Bu layihəyə görə, təbii qaz İranın cənubundakı Aseluyedən İraq, Suriya və Livana, oradan da Aralıq dənizinə, daha sonra isə dəniz yolu ilə Avropaya çatdırılacaq. Bu boru xətti ilə ilk təbii qaz isə 2013-cü ilin dekabrında ötürüləcək.

Sənaye və energetika
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024
Azərbaycanda əmtəəlik neftin hasilatı azalıb, qaz isə artıb
13:36
16 may 2024