Siyəzən rayonu ərazisində baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Siyəzən rayonu ərazisində baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb
# 26 aprel 2012 07:15 (UTC +04:00)
Qəza Bakı-Quba-Rusiya yolunun 84-cü km-də, Siyəzən rayonun Zarat kəndi ərazisində qeydə alınıb. APA-ın şimal bürosunun verdiyi məlumata görə, Bakıdan Quba istiqamətində hərəkətdə olan, Bakı şəhəri Xətai rayon sakini, 50 yaşlı Məzahir Nağıyevin idarə etdiyi idarə etdiyi 10 VA 826 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, yolun kənarında hərəkətsiz vəziyyətdə olan, Şabran rayonunun Ağbaş kənd sakini Zaur Quliyevə məxsus “VAZ 21 099” markalı avtomobilə çırpılıb. Qəza zamanı avtomobilinin yük yerindən sərnişinə məxsus baqajı götürmək istəyən “VAZ 21 099” sürücüsü iki avtomobilin arasında qalaraq ölüb. “Mercedes” markalı idarəetməni itirib və yolun kənarında dayanan Siyəzən rayonunun Zarat kənd sakini Bəhruz Fərzəliyevi və Ceyhun Xalıqovu vurub. Qəza zamanı “Mercedes”də olan Rusiya Federasiyasının vətəndaşları Roza Mutsalova, Markhet Alimsultanova, Milana Seykoyeva da müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR