Avropa Şurasının insan haqları üzrə komissarı Avropa ölkələrini müsəlmanlara qarşı ayrı-seçkilik və dözümsüzlük halları ilə mübarizə aparmağa çağırıb

Avropa Şurasının insan haqları üzrə komissarı Avropa ölkələrini müsəlmanlara qarşı ayrı-seçkilik və dözümsüzlük halları ilə mübarizə aparmağa çağırıb
# 24 iyul 2012 13:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Avropa müsəlmanları digər avropalılarla bərabərhüquqlu cəmiyyət üzvləri kimi birgə fəaliyyət göstərmək istəsələr də, diskriminasiya, ayrı-seçkilik və zorakılığın müxtəlif formaları ilə üzləşirlər və bu hallar onların sosial təcridini gücləndirir”. APA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının insan haqları üzrə komissarı Nila Muyjnieksin bəyanatında bildirilir. O, AŞ ölkələrini müsəlmanlara qarşı ayrı-seçkilik və dözümsüzlük halları ilə mübarizə aparmağa çağırıb.

Bəyanatda deyilir ki, Avstriya, Bolqarıstan, Danimarka, Fransa, İtaliya, Niderland, Norveç və İsveçrədə bir sıra siyasi partiyalar anti-müsəlman ritorikasından siyasi məqsədlərlə istifadə edir, müsəlmanlar bəzi ölkələrdə məhdudlaşdırıcı qanunvericiliyin obyektinə çevrilir: “11 sentyabr terror hücumundan sonra müsəlmanlar ictimai şüurda terrorçuluqla əlaqələndirilməyə başlandı. Lakin son illər Avropada törədilən ən qorxunc terror aktlarından bəziləri – Almaniyada irqçi zəmində törədilən qətllər, Norveçdə onlarla günahsız insanın amansızcasına qəsdən öldürülməsi ultrasağ təhlükəsinə dair həyəcan siqnalıdır və onu göstərir ki, terrorçuların fərqli ideoloji baxışları olur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR