Pakistanda silahlı hücum 18 nəfərin ölümü ilə nəticələnib

Pakistanda silahlı hücum 18 nəfərin ölümü ilə nəticələnib
# 02 noyabr 2012 22:56 (UTC +04:00)
Bakı-APA. Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində silahlı şəxslər yanacaq doldurma məntəqəsinin (YDM) yanında dayanmış avtobusu atəşə tutublar. Nəticədə avtobus və YDM-də olan benzin dolu sisternlər partlayıblar.

Hadisə ən 18 nəfərin həlak olması ilə nəticələnib. Onların çoxu partlayış zamanı həlak olublar, lakin bir neçə nəfər atışmada öldürülüb.

Öldürülənlər arasında uşaq da var.

Partlayışdan sonra başlanmış yanğın yaxınlıqdakı dükanlara keçib.

Silahlıların kimliyi hələ ki, məlum deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR