Azərbaycan Belçikada keçirilən milli sərgidə iştirak edib - FOTO

Azərbaycan Belçikada keçirilən milli sərgidə iştirak edib - <font color=red>FOTO</font>
# 15 iyun 2012 16:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Belçikanın La Louvier şəhərində bu ölkədə yaşayan xalqların milli sərgisi keçirilib.

Belçikadakı Azərbaycan diasporunun nümayəndəsi Rəşad Xasayoğlunun APA-ya verdiyi məlumata görə, sərgidə 150-yə yaxın stend-guşə hazırlanıb. Azərbaycan diasporunun nümayəndələri tərəfindən hazırlanan guşədə Azərbaycanın tarixini, mətbəxini, mədəniyyətini əks etdirən kitabçalar, bukletlər və kitablar sərgiyə gələn qonaqlara təqdim edilib.

Belçikanın siyasi dairələrinin, şəhər rəhbərlərinin və digər nüfuzlu qonaqların qatıldığı sərgidə Azərbaycan guşəsi ilə La Louvier şəhər meri Jake Guert, Belçika Federal Parlamentinin üzvü Olga Zrihen və bu ölkənin ictimai-siyasi, incəsənət və mədəniyyət xadimləri tanış olublar.

Tədbir çərçivəsində “Sarı gəlin” mahnısının sədaları altında Azərbaycan milli musiqisi və rəqsi də nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR