Dövlət Komitəsinin sədri: “Azərbaycanda qız uşaqlarının abortunun qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik ediləcək”

Dövlət Komitəsinin sədri: “Azərbaycanda qız uşaqlarının abortunun qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik ediləcək”
# 23 oktyabr 2012 08:47 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib: “Hələ ki Azərbaycanda qadınların sayının kişilərin sayı ilə müqayisədə faizlə ciddi azalması halı yoxdur. Amma ümumilikdə bu problem var. Biz bu problemi hər zaman qaldırırıq. Hazırda Milli Məclisin Sosial Siyasət Komitəsi ilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birlikdə yeni dövlət proqramı hazırlanır. Həmin məsələ hazırlanacaq proqrama da daxil ediləcək”.

H. Hüseynova bildirib ki, MM-in payız sessiyasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirə olunarkən komitə həmin problemlə bağlı tövsiyəsini verəcək: “Cinsi fərqliliyə gətirib çıxaran məsələyə mütləq baxılacaq. Məsələ qanunvericilikdə əks olunmalıdır. Onda biz biləcəyik ki, hələ doğulmayan qız uşaqları dövlət tərəfindən qorunur. Bu çox ciddi məslədir. Azərbaycan bir çox konvensiyalar, o cümlədən BMT-nin qadınlara qarşı diskriminasiyanın bütün hallarını aradan qaldırma konvensiyasına qoşulub və dörd ildən bir bununla bağlı hesabat verir. İki ilə biz yenə hesabat verəcəyik. Ona görə də istəyirik ki, o dövrə qədər bu problemi həll edək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR