İrəvanda keçirilən mitinqdə hava şarlarının partlaması ilə bağlı yekun rəy açıqlanıb

İrəvanda keçirilən mitinqdə hava şarlarının partlaması ilə bağlı yekun rəy açıqlanıb
# 14 iyul 2012 10:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu il mayın 4-də İrəvanda keçirilən mitinqdə hava şarlarının partlaması nəticəsində baş verən hadisəni araşdıran istintaq qrupu yekun ekspertizanı açıqlayıb.

APA-nın məlumatına görə, Ermənistan Polisinin Baş İstintaq İdarəsinin rəisi Arsen Avakyan deyib ki, Ermənistan Respublikaçılar Partiyasının mayın 4-də Respublika meydanında keçirdiyi mitinqdə havaya buraxılan şarlar bu məqsəd üçün nəzrdə tutulan xüsusi inert qazla deyil, metan qazı ilə doldurulub. A.Avakyan bildirib ki, metan qazı daha ucuz olduğundan mitinq təşkilatçıları şarlara həmin qazı doldurmaq qərarına gəliblər. Bu tərkibli qazın isə partlaması və yanması prosesi daha tez baş verir.

Qeyd edək ki, bu il mayın 4-də İrəvanın Respublika meydanında Ermənistan Respublikaçılar Partiyasının təşkil etdiyi mitinqdə havaya buraxılan şarlar partlayıb. Nəticədə, 154 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR