Azərbaycanda bankların xarici öhdəlikləri artıb

Azərbaycanda bankların xarici öhdəlikləri artıb
# 24 may 2012 13:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin məcmu həcmi son bir ildə 0,2 mln. manat və ya 0,01% artaraq 2012-ci ilin aprelin 1-nə 2 531,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, mart ayı ərzində xarici öhdəliklər 62,4 mln. manat və ya 2,5% artıb:




Eyni zamanda, bankların məcmu xarici aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 2 152,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 198,2 mln. manat və ya 10,1% çoxdur. Mart ayı ərzində isə 160,4 mln. manat və ya 8,1%-lik artım müşahidə olunub.

Nəticədə, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında yaranmış mənfi saldo 378,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 34,3% azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR