Yardımlının dağlıq yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib - FOTO

Yardımlının dağlıq yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib - <font color=red>FOTO</font>
# 10 may 2012 13:05 (UTC +04:00)
Yardımlı. Ağəddin Babayev - APA. Yardımlı rayonunun dağlıq Əngövül kəndinə ilk dəfə təbii qaz verilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə düzənlənən mərasimdə “Azərizaq” İstehsalat Birliyinin (İB) məsul işçisi Ənvər Ahəngari çıxış edərək, respublikanın ucqar ərazilərinin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Kənd sakinləri isə öz növbəsində onların sosial problemlərinin həlli üçün göstərilən qayğıya görə prezident İlham Əliyevə və “Azərizaq” İB-nin kollektivinə minnətdarlığını çatdırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR