Azay Quliyev Avropa Parlamentində görüşlər keçirib

Azay Quliyev Avropa Parlamentində görüşlər keçirib
# 07 noyabr 2012 12:56 (UTC +04:00)
Bakı-APA. Milli Məclisin deputatı, Avronest Parlament Assambleyası sosial komitəsinin sədr müavini Azay Quliyev noyabrın 5-dən etibarən Avropa Parlamentində ikitərəfli görüşlər keçirir. APA-nın məlumatına görə, A. Quliyev noyabrın 6-da Parlament Assambleyasının müxtəlif siyasi qruplarından olan deputatlar və müxtəlif siyasi qrupların Şərq Tərəfdaşlığı üzrə katibliklərinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanın AP ilə əlaqələrinin mövcud vəziyyəti və gələcək perspektivləri, ölkəmizin Avropa İttifaqına inteqrasiya istiqamətində həyata keçirdiyi işlər, reallaşdırılan iqtisadi, siyasi və hüquqi islahatlar, Avronest PA çərçivəsində əməkdaşlıq, Avropa Parlamentində Ramil Səfərov haqqında qəbul edilmiş qətnamə, Dağlıq Qarabağ problemi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR