Azərbaycanın birinci xanımı Praqanın Dekorativ İncəsənət Muzeyi ilə tanış olub- FOTOSESSİYA
06 aprel 2012 01:42 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Praqanın Dekorativ İncəsənət Muzeyində olub.
APA-nın verdiyi xəbərə görə, Mehriban Əliyevaya məlumat verilib ki, muzeyin yerləşdiyi bina yeni intibah üslubunda inşa edilib. Tikintisi XIX əsrdə başa çatmış bina zəngin kompozisiyası ilə insanları valeh edir. Binanın özü və divarlardakı işləmələr insanı xəyalən qədim dövrlərə aparır. Muzeydə qədim vaxtlara və bu günə aid sənətkarlıq nümunələri qorunub saxlanılır.
Bildirilib ki, muzeydə ipəkçilik, toxuculuq, qrafika, fotoqrafiya, pulkəsmə və sair sahələri əhatə edən çoxsaylı bölmələr var. Bu bölmələrdə Çexiyanın ərazisində yaşayıb fəaliyyət göstərən tanınmış ustaların əl işləri toplanıb. Bu əl işləri ölkənin milli sərvəti kimi qorunur.
Çexiya mədəniyyətinin ən mühüm nümunələrinin toplandığı bu muzey buraya gələn turistlərdə ölkə haqqında geniş təəssürat yaratmaqla respublikanın malik olduğu maddi-mədəni dəyərləri də təqdim edir. Ümumiyyətlə, Praqanın əksər gözəl binaları kimi, bu muzey də şəhərin qədim hissəsində yerləşir. Lakin şəhərin müasir hissəsi də gözəlliyinə görə digər məhəllələrdən geri qalmır.

Xarici siyasət
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024
Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib
16:26
21 may 2024
Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri ilə telefon danışığı aparıb - YENİLƏNİB
16:22
21 may 2024