Türkdilli dövlətlərin müştərək telekanalı yaradıla bilər

Türkdilli dövlətlərin müştərək telekanalı yaradıla bilər
# 02 avqust 2012 14:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Sabah Qırğızıstanın Çolpon-Ata şəhərində türkdilli dövlətlərin mədəniyyət nazirliklərinin nümayəndələrinin görüşü keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyi beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Cahangir Səlimxanov təmsil edəcək.

Görüşün gündəliyinə yazıçılar və kino xadimlərinin yeni regional alyanslarının qurulması, müştərək telekanalın yaradılması, qarşıdan gələn beynəlxalq tədbirlərdə türkdilli dövlətlərinin mədəniyyət xadimlərinin və incəsənət ustalarının iştirakı və digər regional təşəbbüslərin müzakirəsi daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR