Türkiyə və Maltanın “Eurovision 2012” təmsilçisi Bakıya gəlir - FOTO

Türkiyə və Maltanın “Eurovision 2012” təmsilçisi Bakıya gəlir - <font color=red>FOTO</font>
# 10 fevral 2012 11:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İki ölkənin “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi fevralın 12-də Azərbaycanın milli final konsertində çıxış edəcək. “Eurovision -2012” İşçi Qrupundan APA-ya verilən məlumata görə, həmin gün Türkiyə təmsilçisi Can Bonomo və Malta təmsilçisi Kurt Calleja mili finalın qonaqları olacaq. Hər iki ölkə təmsilçisi Azərbaycanın beş finalçısına dəstək olmaq üçün milli finalda öz mahnıları ilə çıxış edəcəklər.

Xatırladaq ki, Azərbaycanın milli finalında ötən illərində də çoxsaylı ölkə təmsilçilərinin çıxışı baş tutub və bu bir ənənə halını alıb.

Fevralın 12-də Səbinə Babayeva, Orxan Kərimli, Arzu İsmayılova, Fəqan Səfərov və Elton İbrahimov Azərbaycanın “Eurovision -2012” təmsilçisi adı uğrunda mübarizə aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR