Dima Bilan “Eurovision 2012” mahnı müsabiqəsində Rusiyanı təmsil etmək üçün seçimlərdə iştirak edir

Dima Bilan “Eurovision 2012” mahnı müsabiqəsində Rusiyanı təmsil etmək üçün seçimlərdə iştirak edir
# 01 mart 2012 09:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. 2008-ci ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi Dima Bilan bu müsabiqədə özünü yenə də sınamaq fikrinə düşüb. APA-nın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, qalib müğənni “Eurovision 2012”-də ölkəsini yenidən təmsil etmək üçün milli seçimlərə qatılıb.

Martın 7-də keçiriləcək Rusiyanın milli finalında Dima Bilan da öz şansını sınayan 25 ifaçı arasında olacaq. Rusiyanı Bakıda “Eurovision” səhnəsində təmsil etmək istəyən 25 müğənninin adı da artıq açıqlanıb. Məlum olub ki, Rusiyanı 57-ci “Eurovision” mahnı müsabiqəsində təmsil etmək uğrunda Dima Bilan Yuliya Volkova ilə, Timati Aida ilə duet şəklində, Lena Maksimova, Ksenona, Katya Savelyeva, İrson Kudikova, Olqa Makovetskaya, Mari Karne, Mark Tishman, Yelena Ekimova, Ed Sulzhevskij, Efrosiya, Rene və başqaları mübarizə aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR