Bu gün Finlandiyada prezident seçkilərinin ikinci turu keçirilir

Bu gün Finlandiyada prezident seçkilərinin ikinci turu keçirilir
# 05 fevral 2012 01:48 (UTC +04:00)
Bakı-APA. Bu gün fevralın 5-də Finlandiyada prezident seçkilərinin ikinci turu keçiriləcək.

Bu mərhələdə yanvarın 22-də keçirilmiş birinci turda ən çox səs toplamış mülayim mühafizəkar Milli koalisiya partiyasının namizədi 63 yaşlı Sauli Niinistyo və «Yaşıl ittifaq»ın namizədi 53 yaşlı Pekka Haavisto mübarizə aparacaqlar. Onlar birinci turda müvafiq olaraq 37 və 18,8 faiz səs toplayıblar.

Finlandiyada prezident 6 illik müddətə seçilir. İkinci turda qalib gəlmək üçün adi səs çoxluğu kifayətdir. Əgər bu turda Sauli Niinistyo qalib gələrsə, 1946-cı ildən sonra ilk dəfə olaraq Finlandiyada mühafizəkarların namizədi prezident olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR